"Bəzi müəllimlər repetitorluğa can yandırırlar ki..."

"Bəzi müəllimlər repetitorluğa can yandırırlar ki..."

"Bu gün ən savadlı və müasir təlim metodikasını yaxşı bilən müəllimlər şəhərin mərkəzindəki məktəblərə toplaşıblar. Belə müəllimlər az dərs götürür, repititorluqla məşğul olur və daim özləri üzərində işləyirlər. Bu isə nəticədə bəzi qəsəbələrdə müəllim çatışmazlığına səbəb olur". SİA-nın xəbərinə görə, bunu təhsil naziri Misir Mərdanov Sabunçu rayonu ərazisində yerləşən 252 saylı məktəbdə keçirilən "Müasir təhsil proqramlarının (kurikulumların) tətbiqi: reallıqlar və perspektivlər" mövzusunda elmi-praktik konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bəzi müəllimlər repetitorluğa can yandırırlar ki, onların hazırlaşdırdığı uşaqlar yüksək göstəricilərlə ali məktəblərə qəbul olsunlar: "Həmin müəllimlərin əsas məqsədi odur ki, pullu adamların uşaqları onların yanına gəlsinlər. Müəllimlərin əksəriyyətinin paytaxtın mərkəzi məktəblərində dərs deməyə meyl etməsinin də səbəbi pullu adamların uşaqlarını özlərinə cəlb etməkdir. Sabunçu rayonundan ali məktəblərə daxil olanların sayının digər paytaxt məktəblərinə nisbətən aşağı olması bu rayonun sakinlərinin kasıb olması ilə bağlıdır. Sabunçuda göstəricilərin aşağı olması onunla bağlıdır ki, bu rayonun sakinləri kasıbdır. Yəni Sabunçuda yaşayan valideyn uşağını ali məktəbə hazırlaşdırmaq üçün 30 manat repetitora pul verir, nəticə də ürəkaçan olmur".

Bütün xəbərlər Facebook səhifəmizdə