"Bu gün doktoranturaya qəbul imtahanları normal qaydada keçirilir və namizədlərin hazırlığı qənaətbəxşdir". SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlama verən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezident Mahmud Kərimov deyib. O bildirib ki, doktoranturaya qəbul imtahanlarında müəyyən ixtisaslar üzrə güclü rəqabət var. Onun sözlərinə görə, humanitar və ictimai elmlərdə rəqabət daha çox hiss olunur. Lakin M.Kərimov təəssüf hissi ilə qeyd edib ki, doktoranturada texniki elmlərə axın azdır.
"Bu ilin sonuna kimi yeni doktorantlar təsdiq olunacaqlar. Yanvarın 1-dən isə onlar təhsilə başlayacaqlar. Doktoranturaya qəbul imtahanları başa çatdıqdan sonra doktorantların elmi rəhbərlərinin, mövzularının müəyyənləşməsinə başlanacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB