Qəbul imtahanları başladı

Bu gündən etibarən Təhsil Nazirliyi sistemi üzrə doktorantura və dissertanturaya qəbul imtahanları başlayıb. Bu barədə SİA-ya Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, doktorantura və dissertanturaya qəbul imtahanları oktyabrın 22-dən noyabrın 21-dək aparılacaq. Bu il Təhsil Nazirliyi sistemində fəlsəfə doktoru proqramı üzrə doktoranturaya büdcə hesabına 325, ödənişli əsaslarla 77 yer ayrılıb. Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya büdcə hesabına ayrılan yerlərin sayı 288, ödənişli əsaslarla olan yerlərin sayı isə 89-dur. Elmlər doktoru proqramı üzrə doktoranturaya 85 yer ayrılıb. Onlardan 82 yer büdcə hesabına, 3 yer isə ödənişlidir. Dissertanturaya elmlər doktoru proqramı üzrə ayrılan yerlərin sayı 89-dur. Onlardan 80 yer büdcə hesabına, 9 yer isə ödənişli əsaslarladır.

Ümumilikdə doktorantura və dissertantura üzrə qəbul imtahanlarının nəticələri dekabrın 15-dək açıqlanacaq.


Bütün xəbərlər Facebook səhifəmizdə