"Təəssüf ki, Azərbaycanın aqrar sektorunun inkişaf etməsinə baxmayaraq, gənclər arasında bu sahəyə maraq azdır". SİA-nın xəbərinə görə, bunu təhsil nazirinin müavini Qulu Novruzov jurnalistlərə açıqlamasında deyib. Nazir müavini mətbuat vasitəsilə valideyn və gənclərə müraciət edib. O bildirib ki, gənclər ixtisas seçərkən mühəndislik, texniki elmlər, aqrar sektor kimi sahələrə daha çox maraq göstərsinlər.
"Bu sahə üzrə xaricdə təhsil alan gənclərin iş tapmaq şansı daha böyükdür. Dövlət proqramı çərçivəsində bu sahə üzrə təhsil alanların sayı çox deyil. Bu illər ərzində təxminən 10-a yaxın tələbəni bu sahə üzrə təhsil almağa göndərmişik. Bu sahədə yeniliyə nail olmaq üçün xaricdə, Almaniya, Fransa, Macarıstan univeristetləri ilə birbaşa danışıqlar aparılıb. Ümid edirəm ki, növbəti ildə 10-larla gənci ehtiyac duyulan sahələr üzrə xaricdə təhsil almaq üçün göndərə biləcəyik", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB