Qulu Novruzov: Xaricdə təhsil alan ermənistanlı gənc hara qayıtsın?

Qulu Novruzov: Xaricdə təhsil alan ermənistanlı gənc hara qayıtsın?

"Qonşu ölkələrdən fərqli olaraq xaricdə təhsil alan tələbələrimiz böyük həvəslə Azərbaycana qayıdırlar. Onların heç birinin ölkəyə qayıtmamaq təhlükəsi yoxdur". SİA-nın xəbərinə görə, bunu təhsil nazirinin müavini Qulu Novruzov bir sıra kütləvi informasiya vasitələrində yayılan məlumatlara və dəfələrlə verilən suallara münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu kimi hallar Ermənistan və Gürcüstanda yaşana bilər.

"Xaricdə təhsil alan ermənistanlı gənc hara qayıtsın? Gürcüstanda da onlar üçün iş imkanları yoxdur. Azərbaycanda isə vəziyyət təmamilə fərqlidir. Bu gün Azərbaycanın özəl və dövlət sektorunda kifayət qədər iş yerləri var və bütün sahələrdə xaricdə təhsil alan məzunlara, peşakar kadrlara ciddi ehtiyac duyulur. Bu da Azərbaycanda yeni iş yerlərinin artması, dövlət tərəfindən qoyulan investisiyaların həcminin yüksəlməsi və ölkənin artan iqtisadiyyatı nəticəsində yüksək peşəkarlara yaranan təlabatla bağlıdır", - deyə nazir müavini əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə