Bu gün 2011-ci il 7 iyul tarixli sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı"na uyğun olaraq İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə xaricdə təhsil almış gənclər üçün əmək yarmarkası keçirilir. SİA-nın xəbərinə görə, tədbirdə iqtisadiyyatın müxtəlif sahələrində (neft-qaz, enerji, sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, rabitə, informasiya texnologiyaları, bank-maliyyə, turizm və s.) fəaliyyət göstərən 50-yə yaxın nüfuzlu yerli və xarici şirkətlərin nümayəndələrinin iştirak edir. Yerli və xarici şirkətlər tərəfindən 500-dən çox vakansiya yarmarkaya çıxarılıb. Yarmarkada iştirakçı şirkətlər tərəfindən gənclərə müvafiq vakansiyalar barədə ətraflı məlumat verilib. Maraq göstərən məzunların müraciətləri qəbul olunub.
İqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova sosial-iqtisadi sahədə qazanılan nəaliyyətlər, iqtisadiyyatın diversifikasiyası, innovativ iqtisadiyyatın yaradılması, insan kapitalının inkişafı istaqəmətində görülən işlərdən danışıb. O bildirib ki, dövlət başçısının "qara qızıl"ın insan kapitalına çevrilməsi siyasətinə uyğun olaraq, Prezident İlham Əliyevin müvafiq sərəncamında təsdiq olunmuş "2007-2015 illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə dövlət proqramı" uğurla həyata keçirilib: "Proqram çərçivəsində hər il yüzlərlə gənc müxtələf ölkələrdə təhsil alır. Bununla yanaşı, xaricdə təhsil almış gənclərin işlə təmin olunması daim diqqətdə saxlanılır. Bugünki tədbir də məhz gənclərin işlə təmin olunmasına xidmət edir".
Təhsil nazirinin müavini Qulu Novruzov ölkədə aparılan təhsil siyasəti, o cümlədən ölkə gənclərinin xaricdə təhsil alma imkanlarının genişləndirilməsi istiqamətində görülən tədbirlərdən bəhs edib. Gənclər və idman nazirinin müavini İntiqam Babayev həyata keçirilən uğurlu gənclər siyasəti, onun priotetləri və əldə edilmiş nailiyyətlər haqqında məlumat verib. Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədr müavini Vəfadar Misirov qeyd edib ki, dövlət tərəfindən xaricdə təhsil almış gənclər üçün bütün lazımi imkanlar yaradılır. Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev isə ölkədə sahibkarlığın inkişafı və gənclərin bu sahədəki rolundan danışıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB