Bu gün səhər saatlarında Nizami rayonu ərazisindəki 109 saylı orta məktəbdə partlayış baş verib. Nizami rayon Polis İdarəsindən SİA-nın xəbərinə görə, şagirdlərin ehtiyatsızlığı səbəbindən fişəngin partlaması nəticəsində gərginlik yaranıb. Həmin məktəbdə şagirdlərdən birinin əlində qazla işləyən əşya partlayıb. Partlayış təhlükəsi nəzərə alınaraq əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb edilib. Əraziyə cəlb edilən xilasedicilər məktəbdəki şagirdləri evakuasiya ediblər.
Mərkəzi Klinik Xəstəxananın Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib ki, şöbəyə iki məktəbli qız zəhərlənmə diaqnozu ilə qəbul edilib. Zəhərlənmə ciddi olmaylb. Xəstələrin vəziyyəti isə orta-ağırdır.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən xəbərə görə, hadisə yerində stress və qorxu keçirmiş bir neçə valideyn və şagirdə ilkin tibbi yardım göstərilib. 14 yaşlı iki şagird naməlum qazla zəhərlənib və onlar Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər.
Hazırda hadisə yerində araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB