Müstəqilik günü məktəbdə qeyd edildi

Müstəqilik günü məktəbdə qeyd edildi

Bu gün Bakı şəhəri Xətai rayonu 138 saylı orta məktəbdə 18 oktyabr-Müstəqillik gününə həsr olunan tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə məktəbin direktoru Mirfaiq Mirheydərli, "Tərəqqi" medallı müəllim Ələddin Məmmədli və təhsil ictiamiyyətinin nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü açan məktəbin direktoru Mirfaiq Mirheydərli bu günün tarixinə qısaca nəzər salıb. O bildirib ki, 1991-ci il oktyabrın 18-dən Azərbaycan istiqlal, suveren bir ölkədir və xalq bunu bir bayram kimi qeyd edir. Direktorun sözlərinə görə, müstəqillik Azərbaycan xalqının tarixi nailiyyəti və milli sərvətidir.

"Ötən yüzilliyin sonlarında sovetlər birliyinin süquta uğraması və dünyada yaranan bəzi proseslər Azərbayacnın müstəqillik əldə etməsinə şərait yaradıb. 18 oktyabr 1991-ci ildə qəbul olunan müstəqillik Azərbaycan xalqının siyasi tarixində ikinci parlaq qələbə idi. Həmin tarixdə "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı yekdilliklə qəbul edilib. Müstəqilliyin əldə edilməsindən sonra onu qoruyub-saxlamaq bir o qədər də çətin idi. Bu baxımdan da Azərbaycan müstəqilliyinin qorunub saxlanmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri olub. Ümummilli lider Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün prezident İlham Əliyev tərəfindən daha da möhkəmləndirilir və onun əbədiliyi təmin edilir",- deyə o əlavə edib.

Tədbirin davamında məktəblilər müstəqilliyə həsr olunan şeirlər səsləndirib, mahnılar ifa ediblər. Video-rolik vasitəsilə Azərbaycanın müstəqillik illərində qazandığı uğurlar, əldə etdiyi nailiyyətlər qonaqlara təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə