"Təhsilimizin ulduzları"

Oktyabrın 20-si Qafqaz Universitetində "Təhsilimizin ulduzları" adlı tədbir keçiriləcək. SİA-nın xəbərinə görə, tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi və prezident İlham Əliyevin ölkəyə rəhbərliyinin 10-cu ildönümünə həsr ediləcək. Tədbirdə təhsil naziri Misir Mərdanov, "Çağ öyrətim işlətmələri" şirkətinin direktoru Ənvər Özərən və digər təhsil ictiamiyyətinin nümayənələri iştirak edəcək.

Konfransda Azərbaycan-Türkiyə özəl liseylərinin və "Araz" kurslarının 2012-ci il məzunlarının ali məktəbə qəbulu, 2012-ci ildə keçirilən beynəlxalq müsabiqələrin yekunları haqqında müzakirə ediləcək. Tədbirdə 2012-2013-cü tədris ilinin başlanması ilə əlaqədar təhsildə fərqlənən şagirdlər mükafatlandırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə