Qloballaşmanın geniş vüsət aldığı informasiya cəmiyyətində rəqabətin gücləndiyi, habelə təbii resursların tədricən tükəndiyi bir vaxtda təhsilin rolu daha da artmaqdadır. SİA-nın xəbərinə görə, Birləşmiş Millətlər Təşkilatı da XXI əsri "Təhsil əsri" elan edib. Məhz bunun təzahürüdür ki, bütün ölkələrdə olduğu kimi Azərbaycanda da insan kapitalının formalaşmasında təhsilin rolu danılmazdır.
Orta ixtisas təhsili ölkədə milli təhsil sisteminin sanki, bir aynasına çevrilib, cəmiyyətin intellektual potensialının gələcək nəsillərə çatdırılmasında əhəmiyyətli rola malikdir. Müasir bazar münasibətləri şəraitində orta ixtisaslı mütəxəssislərdən yeni peşəkarlıq keyfiyyətləri, sistemli təfəkkür, müxtəlif sahələrdə informasiya bilikləri, biznes və sahibkarlıq mədəniyyəti, öz fəaliyyətini şüurlu şəkildə aydın səlis təhliletmə qabiliyyəti, qeyri-müəyyənlik şəraitində müstəqil fəaliyyət göstərmək bacarığı, məsuliyyət və s. tələb edilir.
Bütün bunların təzahürü olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi və "ULTRA" şirkəti tərəfindən bu kolleclər üçün "Orta ixtisas təhsilin vahid idarəetmə portalı" yaradılıb. Hazırda bu sistemin tətbiqi üçün Respublikada fəaliyyət göstərən 59 kollecin 5-də hazırlıq işləri başlayıb. Bakı Kompüter Kolleci, Bakı Pedoqoji Kolleci, Bakı Maliyyə-İqtisad Kolleci, Bakı Neft və Energetika Kolleci, Bakı Musiqi Kolleci.Bundan əlavə sistemdə tədris planı və tədris qrafiki sənədi işlənib hazırlanıb. Bu sənəd 4 il yaxud 5 ili əhatə edir. Yəni ilin 365 günü həftələrə və günlərə bölünərək, fənlərin adları və onlara ayrılan dərs saatları tərtib olunub. Tələbələrin təhsil bazalarının artırılması məqsədi ilə Təhsil Nazirliyinin xətti ilə bu sənəddə yeni kredit saatları təklif edilib.
Sistemdə əlavə olaraq kadrlar şöbəsi yaradılıb. Bu şöbədə kollec əməkdaşların və təhsil alan tələbələrin şəxsi işləri toplanılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB