Təhsil Nazirliyi daha bir səlahiyyətini itirdi

Təhsil Nazirliyi daha bir səlahiyyətini itirdi

"Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin qərarında dəyişikliklər edilib. SİA-nın xəbərinə görə, bu barədə Nazirlər Kabineti müvafiq qərar qəbul edib.

Qərara əsasən, Təhsil Nazirliyinin şagird və müəllimlərin attestasiyasının keçirilməsi qaydalarını müəyyənləşdirmək səlahiyyəti alınıb. Bundan sonra, tələbələrin biliyinin attestasiyasının, o cümlədən yekun attestasiyasının aparılması qaydaları Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə