""Elm siyasəti haqqında" qanun layihəsi demək olar ki, hazırdır. Layihə günün tələblərinə cavab versə də, onunla bağlı müəyyən müzakirələrin aparılmasına ehtiyac var. Biz çalışırıq ki, qanun layihəsini payız sessiyasında Milli Məclisin müzakirəsinə təqdim edək". Bunu SİA-ya açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Abel Məhərrəmov deyib. O bildirib ki, bu layihə qlobal düşüncə ilə hazırlanıb və günün tələblərinə tam cavab verir.
"Layihədə magistratura, doktorantura hazırlığı, məvaciblərin artırılması, elmlər doktoru, elmlər namizədi, fəlsəfə doktoru adına görə maaşların artırılması da nəzərdə tutulub. Əmək haqqlarının nə qədər artırılacağını deyə bilmərəm. Çünki müzakirədən öncə bu barədə məlumat vermək çətindir", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB