Gülər Əhmədova ilə bağlı BDU-nun qərarı!

Gülər Əhmədova ilə bağlı BDU-nun qərarı!

"Gülər Əhmədova artıq bir neçə ildir ki, Bakı Dövlət Universitetində (BDU) yarım ştat müəllim vəzifəsində çalışırdı. O, bu ilin sentyabr ayında bir neçə dərsdə olub. Amma mənə verilən məlumata görə, sentyabrın 20-dən sonra Gülər Əhmədova dərslərdə iştirak etməyib". Bunu SİA-ya açıqlamasında BDU-nun rektoru Abel Məhərrəmov deyib. Rektor bildirib ki, bu məsələ gündəmdə olduğu üçün müzakirəyə ehtiyacı var. Əgər Gülər Əhmədova hüquq-mühafizə orqanları tərəfindən cinayət məsuliyyətinə cəlb olunsa, universitet bu barədə öz qərarını verəcək.

"Hələ bu barədə heç nə deyə bilmərəm. Çünki onunla son dəfə həmkar kimi görüşmüşəm. Qalan məsələlərdə isə o qədər işin içində deyiləm. Təbii ki, Gülər Əhmədova cinayət məsuliyyətinə cəlb olunmasa, universitetdəki işinə davam edəcək. Əks halda bu məsələ universitetdə müzakirə olunacaq. Onun müəllim fəaliyyəti ilə bağlı hər hansı bir tələbə tərəfindən narazılıq eşitməmişəm", - deyə rektor qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə