Səməd Seyidov Ramil Qarifullini qəbul edib

Səməd Seyidov Ramil Qarifullini qəbul edib

Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili, professor Səməd Seyidov Kazan Dövlət Universitetinin nümayəndəsi Ramil Qarifullini qəbul edib. SİA-nın xəbərinə görə, qonaq İkinci Bakı Beynəlxalq Forumunda iştirakdan çox məmnun qaldığını bildirdi və təmsil etdiyi ali təhsil ocağı haqda məlumat verdi. Rektor Səməd Seyidov qonağı salamlayaraq onu universitetdə görməkdən məmnun olduğunu bildirib.

Qonağın forumdakı çıxışının böyük maraq doğurduğunu vurğulayan S.Seyidov ona universitetin tarixi haqqında qısa məlumat verib, ADU-da tədris olunan dillər, yeni açılmış fakültə və ixtisaslar haqqında danışıb.

Görüşdə iki universitet arasında əlqələrin gələcək perspektivləri, qarşılıqlı münasibətlərin inkişafı məsələləri, birgə layihələrin həyata keçirilməsi istiqamətində işlərin görülməsi yönündə fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə