İlk ikili diplom proqramına başlanılıb

İlk ikili diplom proqramına başlanılıb

Bu il Azərbaycan Turizm İnstitutunda ölkə ali təhsil sahəsində magistratura pilləsində ilk ikili diplom proqramına başlayıb. Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi, Avstriyanın İMC Krems Tətbiq Elmlər Universitetinin prorektoru Karl Ensfelner və proqramın koordinatoru Andreas Veysenbak, İnstitutun tələbələri və mediya nümayəndələri iştirak ediblər.

Azərbaycan Turizm İnstitutunun rektoru, tarix elmləri doktoru Cəfər Cəfərov 2007-ci ildə ölkə tarixində ilk dəfə İnstitutu və Avstriyanın İMC Krems Tətbiq Elmlər Universiteti arasında bakalavr pilləsi üzrə ikili diplom haqqında müqavilənin imzalandığını bildirib: "Müqavilənin şərtlərinə əsasən İnstitutun 150-yə yaxın tələbəsi indiyədək bu proqramdan yararlanıb və hazırda təhsillərini davam etdirirlər. proqram çərçivəsində 57 nəfər tələbə hər iki ali təhsil müəssisəsinin diplomunu alıb və ölkənin aparıcı turizm müəssisələrində çalışırlar".

Universitetin prorektoru Karl Ensfelner qeyd edib ki, universitet öz fəaliyyətində beynəlxalq əməkdaşlığa xüsusi önəm verir və yarandığı gündən beynəlxalq standartlara uyğun karyera yönümlü proqramların təşkili ilə məşğuldur.

Tədbir proqramın müzakirəsilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə