Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) yaradılmasının 20 illik yubileyinin qeyd edilməsi ilə bağlı tədbirlər planı təsdiq edilib. TQDK-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirlər planı çərçivəsində komissiyanın 20 illiyi ilə bağlı hazırlanan kitabın təqdimatı keçiriləcək. Bundan əlavə, TQDK-nın yubileyi ilə əlaqədar jurnalistlər arasında elan edilən müsabiqənin nəticələri də elan ediləcək.
Tədbirlər çərçivəsində ən geniş tədbir noyabrda təşkil olunacaq. Belə ki, noyabrın 22-24-də Bakıda TQDK-nın 20 illiyi ilə bağlı beynəlxalq elmi-praktik konfrans keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB