Pakistanlı mütəxəssislər BDU-da olublar

Pakistanlı mütəxəssislər BDU-da olublar

Bakıda keçirilən Bakı Beynəlxalq Humanitar Forumuna Pakistan İslam Respublikasından qatılan mütəxəssislərdən Razia Sultana, Sərvət Rauf və Məhəmməd Asif Nur Bakı Dövlət Universitetinin tarix, beynəlxalq münasibətlər və jurnalistika fakültələrində mühazirələr oxuyublar. SİA-nın xəbərinə görə, mühazirələr "Pakistanın mədəniyyəti, incəsənəti və tarixi", "Pakistan-Azərbaycan: Güclənən ikitərəfli əməkdaşlıq", "Sosial media: Dəyişiklik, çağırışlar və imkanlar" mövzularında olub. Mühazirələr universitetin tələbə və müəllimləri tərəfindən böyük maraqla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə