9 oktyabr tarixində Azərbaycan Turizm İnstitutunda Azərbaycan-Avstriya Turizm Proqramı çərçivəsində magistratura pilləsində təhsil alan tələbələrlə Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universitetinin prorektoru Karl Ensfelner və proqramın koordinatoru Andreas Veysenbakın görüşü keçiriləcək. SİA-nın xəbərinə görə, 2011-ci il oktyabrın 12-də Azərbaycan Respublikası prezidenti İlham Əliyev və Avstriya prezidenti Haynts Fişerin yanında iki ali təhsil müəssisəsi arasında magistratura pilləsində ikili diplom haqqında əməkdaşlıq sazişi imzalanıb.
Tədbirdə Avstriyanın ölkəmizdəki səfiri Silviya Mayer Kaybiçin və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin məsul işçilərinin iştirakı nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB