Təhsil naziri: "Mən bunu yanlış hesab edirəm"

Təhsil naziri: "Mən bunu yanlış hesab edirəm"

"Azərbaycanın orta məktəblərində müəllimlərə vahid məktəb geyiminin tətbiq olunmasının tərəfdarı deyiləm". SİA-nın xəbərinə görə, bunu təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında deyib. Nazir bildirib ki, ola bilər hər hansı bir məktəb və ya rayon müəllimlərin vahid geyim məsələsini qaldırsa da o, bu işin tərəfdarı deyil.

"Hələlik biz şagirdlərin vahid məktəbli formasına keçməsini dəstəkliyirik və bu istiqamətdə iş aparırıq. Ancaq ümumilikdə müəllimlərin respublika üzrə vahid məktəb formasına keçməsi barədə fikir söyləməmişik", - deyə M.Mərdanov əlavə edib.

Hər hansı bir məktəb direktoru və ya təhsil şöbələri tərəfindən bunun məcburi şəkildə edilməsinə gəlincə, təhsil naziri bu məcburiyyəti düzgün hesab etməyib: "Hansısa müəlliməni məktəbə müəyyən formada gəlməyə məcbur etmək düzgün deyil. Mən bunu yanlış hesab edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə