ATİ-də xarici qonaq

ABŞ-nın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə ölkəmizə gələn Amerika Məktəb Məsləhətçiləri Assosiyasının ( ASCA) prezidenti xanım Dr.Şeron Sevyer səfər çərçivəsində Azərbaycan Turizm İnstitutunda (ATİ) olub. SİA-nın xəbərinə görə, qonaq "Amerikalı natiqlər silsiləsi" adlı proqrama uyğun "karyera tədqiqatı və məsləhəti" üzrə interaktiv təqdimatla çıxış edib. Eyni zamanda, ATİ əməkdaşlarını maraqlandıran sualları cavablandırıb. Görüşün sonunda Pr. Dr. Şeron Sevyer təhsil və mədəni tədbirlərə dair müvafiq proqramların işlənib hazırlanması istiqamətində ATİ kollektivi ilə faydalı əməkdaşlığa əminliyini bildirib.

Onu da qeyd edək ki, aparıcı amerikalı karyera məsləhətçisi Dr.Şeron Sevyer oktyabrın 7-dək Azərbaycanda olacaq. Bu müddət ərzində müxtəlif rayon, eləcə də bir sıra təhsil müəssisələrində karyera tədqiqatı və məsləhəti üzrə təqdimat keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə