Azərbaycan Turizm İnstitutunda (ATİ) Tələbə Gənclər Təşkilatının, Tələbə Həmkarlar Təşkilatının və Tələbə Elmi Cəmiyyətinin təşəbbüsü ilə Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbir keçirilib. SİA-nın xəbərinə görə, müəllimlərin peşə bayramına həsr olunan tədbiri ATİ-nin tədris işləri üzrə prorektoru Eldar Aslanov açıb. E.Aslanov çıxışı zamanı həmin tarixə qısa ekskurs edib və 5 oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatı tərəfindən ilə çağırılan konfransın qərarını bir daha toplaşanların nəzərinə çatdırıb.
1994-cü ildən isə həmin günün YUNESKO tərəfindən təsis edildiyini, 5 oktyabr tarixinin BMT-nin beynəlxalq və ümumdünya günlər sistemində qərarlaşdığını xüsusi vurğulayıb. Hazırda dünyanın 100-dən çox ölkəsində Müəllimlər Günü beynəlxalq səviyyədə keçirilsə də məsələn, Albaniyada, Özbəkistanda, Çində, Türkiyədə müəllimlərin peşə bayramı müxtəlif tarixlərdə qeyd olunur. Hansı gün qeyd olunmasına baxmayaraq, müəllimlərə ehtiram və qayğı borcumuzdur.
E.Aslanov çıxışının sonunda ATİ kollektivini müəllimlərin peşə bayramı münasibətilə təbrik etdi, təhsil uğurları və can sağlığı arzulayıb. Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir ATİ tələbələrin hazırladıqları xüsusi proqramla başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB