Əməkdaşlıq Protokolu imzalanıb

Bu gün Sumqayıt Dövlət Universitetində (SDU) bu ali təhsil ocağının rəhbərliyi ilə Türkiyənin Ağrı İbrahim Çeçen Universitetinin rəhbərliyi arasında görüş keçirilib. SDU-dan SİA-ya verilən məlumata görə, görüşdə iki qardaş ölkə arasındakı isti münasibətlərin təhsil sektorunda da davam etdirildiyi diqqətə çatdırılıb.

Sumqayıt Dövlət Universiteti ilə Ağrı İbrahim Çeçen Universiteti arasında mümkün əməkdaşlıq perspektivlərinin nəzərdən keçirildiyi görüşdə tərəflər arasında Əməkdaşlıq Protokolu imzalanıb. Sumqayıt Dövlət Universitetinin rektoru, professor Nadir Qəhrəmanov və Ağrı İbrahim Çeçen Universitetinin rektoru, professor İrfan Aslan tərəfindən imzalanan Protokol iki təhsil ocağı arasında tələbə mübadiləsini, eləcə də elmi araşdırmalar yönündə əməkdaşlığı nəzərdə tutur.

Bütün xəbərlər Facebook səhifəmizdə