Bu gün Beynəlxalq Müəllimlər Günü münasibətilə Sumqayıt Dövlət Universitetində (SDU) tədbir keçirilib. SDU-nun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbirdə çıxış edən universitetin rektoru, professor Nadir Qəhrəmanov müəllimləri peşə bayramları münasibətilə təbrik edib və onlara elmi və pedoqoji fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb. Rektor Ümummilli lider Heydər Əliyevin təhsilə, müəllim peşəsinə olan diqqət və qayğısından danışıb. Qeyd olunub ki, hazırda bu kursu cənab prezident İlham Əliyev uğurla davam etdirir.
Ölkəmizdə təhsilin keyfiyyətinin yüksəldilməsi və modernləşdirilməsi istiqamətində ardıcıl olaraq tədbirlər görüldüyünü də diqqətə çatdıran rektor bildirib ki, SDU-da bu istiqamətdə əsaslı irəliləyişlərə nail olunub və bu gün bu universitet ölkənin aparıcı ali təhsil ocaqlarından biri kimi çıxış edir.
Daha sonra tədbirdə universitetin 10 əməkdaşına təşəkkürnamə, 10 nəfərə isə SDU-nun Azad Həmkarlar İttifaqının pul mükafatı təqdim olunub.
Tədbir bayram konserti ilə davam edib. Konsertdə universitetin tələbələrdən ibarət kollektivinin kiçik tamaşası, "Səma" rəqs qrupunun və xalq artisti Nisə Qasımovanın çıxışları izlənilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB