"Dünyanın əksər ölkələrində 5 oktyabr-Müəllim Günü kimi qeyd olunur. Fürsətdən istifadə edib onları təbrik edirəm, qoy müəllimlərimiz sağlam, bilikli, bacarıqlı olsunlar. Xalqımızı, millətimizi və dövlətimizin inkişafında öz şərəfli işlərini layiqli davam etdirsinlər". SİA-nın verdiyi xəbərə görə, bu sözləri təhsil naziri Misir Mərdanov Fəxri Xiyabanda ziyarət zamanı jurnalistlərə verdiyi açıqlaması zamanı bildirib.
Prezident İlham Əliyevə xüsusi minnətdarlıq ünvanlayan təhsil naziri deyib: "Dövlət başçısına bütün müəllimlər ordusu adından minnətdarlıq edirəm ki, hər il olduğu kimi bu il də bir qrup Azərbaycan müəlliminə fəxri adlar verdi. Bu müəllimlərin əməyini stimullaşdırmaq istiqamətində prezident tərəfindən atılan çox mühüm addımdır. Hər il bu addımlar atılır və bayram qeyd olunur. Onların qarşısında Azərbaycan təhsil ictimaiyyəti adından söz verirəm ki, Azərbaycan müəllimləri prezidentin etimadını ən yüksək səviyyədə doğrultmağa çalışacaqlar".
Könül Kamilqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB