Bu gün Azərbaycanın təhsil nazirinin ad günüdür
Misir müəllim də 66-nı haqladı

Bu gün Azərbaycanın təhsil naziri Misir Mərdanovun 66 yaşı tamam olur.

Misir Cumayıl oğlu Mərdanov 1946-cı il oktyabrın 3-də Qərbi Azərbaycanın (indiki Ermənistan) İcevan rayonunun Göyərçin kəndində anadan olub. 1964-cü ildə orta məktəbi bitirib, həmin il Azərbaycan Dövlət Universitetinə daxil olub. 1969-cu ildə Universitetin mexanika-riyaziyyat fakültəsini bitirib.

M.Mərdanov 1970-1972-ci illərdə ADU-nun aspirantı olub. 1973-cü ildə namizədlik, 1989-cu ildə doktorluq dissertasiyasını müdafiə edib.

1971-ci ildən 1989-cu ilədək ADU-nun mexanika-riyaziyyat fakültəsində müəllim, baş müəllim, dosent, 1978-ci ildən 1989-cu ilə kimi dekan müavini vəzifələrində çalışıb.

1989-1992-ci illərdə Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyində ali təhsil idarəsinin rəisi, təhsil nazirinin müavini işləyib.

1992-1996-cı illərdə BDU-nun tədris işləri üzrə prorektoru, 1997-1998-ci illərdə Universitetin rektoru olub.

1998-ci ildən Azərbaycan Respublikasının təhsil naziri vəzifəsində çalışır.

Elm və təhsil sahəsindəki nailiyyətlərinə görə 2000-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Əməkdar elm xadimi" fəxri adına, 2006-cı ildə isə "Şöhrət" ordeninə, 2011-ci ildə Dağıstan Respublikasının Prezidenti Maqomedsalam Maqomedovun sərəncamına əsasən Dağıstan və Azərbaycan respublikaları arasında elmi əməkdaşlığın inkişafına verdiyi töhfələrə görə "Dağıstan Respublikasının Əməkdar elm xadimi" fəxri adına layiq görülüb. Misir müəllim 15-dən artıq kitabın, 100-dən çox elmi məqalənin müəllifidir. Hakim Yeni Azərbaycan Partiyasının Siyasi şurasının və İdarə heyətinin üzvüdür.a

Bütün xəbərlər Facebook səhifəmizdə