Azərbaycan Dillər Universitetində (ADU) "Hindi Dili" gününə həsr olunmuş tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vinod Kumar, ADU-nun Elmi işlər üzrə prorektoru, professor Dünyamin Hüseynov, Tərbiyə işləri üzrə prorektor Ələddin Əliyev, Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin dekanı, dosent Məcid Əliyev və tələbə-müəllim heyəti iştirak edib.
Tədbir Azərbaycan və Hindistanın Dövlət Himnlərinin səslənməsi ilə başlayıb. Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vinod Kumar çıxış edərək ADU –da "Hindi Dili" gününə həsr olunan tədbirdə iştirak etməkdən məmnun olduğunu bildirib. Hindistan və Azərbaycan arasında olan əməkdaşlığın artan templə inkişaf etdiyini deyən V. Kumar təhsil sahəsində də əlaqələrin inkişaf etdiyini qeyd edib.
ADU-nun Tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev isə çıxışında bildirib ki, universitetin Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsində 2010-cu ildən Hindistanşünaslıq ixtisası fəaliyyət göstərir. Bununla yanaşı, ADU-da Hindi dili kafedrasının da fəaliyyət göstərdiyini deyən Ə. Əliyev tələbələrin bu kafedra vasitəsilə Hindi dilini, mədəniyyətini və tarixini daha da yaxından mənimsədiklərini vurğulayıb.
Sonra Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsininin Hindistanşünaslıq ixtisasında təhsil alan tələbələr hind rəqsləri ifa ediblər, mahnılar oxuyublar və şeirlər söyləyiblər. Tədbirin sonunda iştirakçılar hind mətbəxi ilə də yaxından tanış olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB