Dərslər başladı

Bu il rezidenturada təhsil almaq üçün ayrılan 514 plan yerinə eyni sayda tələbə qəbul olunub. Səhiyyə Nazirliyindən SİA-ya verilən xəbərə görə, həmin şəxslər daxil olduqları ali təhsil müəssisələrində qeydiyyatdan keçiblər. Bu isə onu deməyə əsas verir ki, 2012-2013-cü il tədris ili üzrə Azərbaycanda rezidenturaya qəbul planı 100 faiz dolub.

Qeyd edək ki, rezidentura pilləsi üzrə dərslər oktyabrın 1-dən başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə