Bu gün Amerikanın "Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurası"nın (IREX) Azərbaycan nümayəndəliyinin təşəbbüsü və xarici mütəxəssislərin iştirakı ilə təlim keçirilib. SİA-nın xəbərinə görə, jurnalistika fakültəsində yeni media fənlərini (Onlayn Jurnalistika, Multimedia Jurnalistika, Sosial Media və Yeni Mediaya giriş) tədris edən müəllimlər üçün təşkil edilən təlim "Azərbaycan Yeni Media" layihəsi çərçivəsində baş tutub. Böyük Britaniyadan olan mütəxəssis David Brever və "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz iştirakçılara yeni media fənlərinin tədris metodları barədə bir sıra dəyərli məlumatlar veriblər.
Universitetlərin jurnalistika fakültələrinin müəllimləri üçün nəzərdə tutulan təlimdə BDU jurnalistika fakültəsindən – Osman Gündüz, Aynur Kərimova, Könül Niftəliyeva, Aynur Nəsirova və Anzulə Əmirova, Qərb Universitetindən Günel Bilalova, Azərbaycan Universitetindən Lalə Dilanova, Xəzər Universitetindən Cabir Məmmədli , Vəfalı Ənsərov, Naxçıvan Dövlət Universitetindən Seyid Surə, Şəhla Şirəliyeva, Odlar Yurdu Universitetindən İbadət Məmmədov da iştirak edib.
Qeyd edək ki, İREX beynəlxalq humanitar təşkilat olaraq 1998-ci ildən Azərbaycanda Nümayəndəliyini təsis edib. Azərbaycanda təhsilin və medianın inkişafına dəstək məqsədilə ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət Bürosunun, habelə USAİD-in maliyyələşdirdiyi müxtəlif proqramlar həyata keçirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB