Sumqayıt Dövlət Universitetinin yaranmasının 50 illik yubileyi ilə bağlı keçirilən silsilə tədbirlər davam edir. SİA-nın xəbərinə görə, sentyabrın 28-də Sumqayıt Dövlət Universitetində növbəti beynəlxalq elmi konfrans keçiriləcək. İnnovasiya yönümlü inkişafın sosial-iqtisadi problemlər mövzusunda keçiriləcək konfransın plenar iclasında AMEA-nın İqtisadiyyat İnstitunun direktoru, professor İ.H.Alıyevin, AMEA-nın müxbir üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Regional İqtisadi və Sosial Tədqiqatlar İnstitunun direktoru professor Ə.X.Nuriyevin, Sumqayıt Dövlət Universitetinin dosenti A.H.Tağıyevin və həmin universitetin dosenti Ş.T.Əliyevin çıxışları nəzərdə tutulub.
Çıxışlarda Azərbaycanın aqrar sektorunda inkişafın innovasiya modeli, Azərbaycan iqtisadiyyatının çoxşaxəli, innovasiya yönümlü inkişafı və müasirləşməsi strategiyası, Sumqayıtda fəaliyyətdə olan və yaradılacaq texniki parkların inkişafı problemləri, Azərbaycan iqtisadiyyatının innovasiyalaşdırılmasında xüsusi iqtisadi zonaların tətbiqinin mühüm aspektləri və s. mövzular əhatə olunacaq. Daha sonra konfrans bölmə iclaslarında işini davam etdirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB