"Çağ" Öyrətim Şirkəti Azərbaycanda fəaliyyət göstərən bir sıra təhsil müəssisələrində və liseylərdə yeni texnologiyaların tətbiqinə başlayıb. Belə ki, yeni tədris ilindən başlayaraq Bakı Özəl Türk Liseyində yeni informasiya texnologiyalarından istifadə edilir. SİA-nın verdiyi xəbərə görə, Bu gün "Çağ Öyrətim İşlətmələri" şirkəti tədrisdə yeni informasiya texnologiyalarının tətbiqi ilə bağlı mərasim keçirib.
Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Mesut Kurnaz deyib ki, təmsil etdiyi qurumun bütün təhsil ocaqlarında yeniliklərdən istifadə edilir. O qeyd edib ki, bu texnologiyalar yeni dərs ilindən başlayaraq şagirdlərin dərsi qavramaq fəallığını daha da artırmağa imkan verəcək. Onun sözlərinə görə, interaktiv elektron lövhələrinin istifadə edilməsinə başlanılıb: "Cəmi 250 ədəd elektron lövhə alınaraq sinif otaqlarına quraşdırılıb. Müəllimlərlə birlikdə 6 ay müddətində Azərbaycan orta məktəb dərsliklərinə uyğun proqramlar hazırlanıb, dərsliklərin əsası elektron lövhələrin yaddaşına yazılıb. Dəvət olunan mütəxəssislər tərəfindən tədris ediləcək fənlər üzrə müəllimlərin xüsusi seminarları keçirilib. Müəllimlərə lövhədən istifadə qaydası öyrədilib. İnteraktiv lövhələr şirkətimizin bütün müəssisələrində qurulub və hazırda istifadədədir".
Tədbirin davamında interaktiv lövhələrin istifadəsindən bəhs edən qısametrajlı film nümayiş edilib. "Çağ" Öyrətim İşlətmələri şirkətinin prezidenti Ənvər Özərən isə əldə olunan nailiyyətlər barədə ətraflı verib. O bildirib ki, Azərbaycan təhsilindəki bu yeniliyin əldə olunması "Çağ Öyrətim İşlətmələri" şirkətinin inkişafının göstəricisidir. Onun fikrincə, müasir texnologiya tədrisin keyfiyyətini qaldırmağa kömək edəcək: Elektron lövhələrədən istifadə nəticəsində valideynlər övladlaırnın davamiyyəti, bilik və bacarığı, gündəlik dərsə hazırlığı barədə ətraflı məlumat əldə edə biləcəklər. Yəni, təhsil müəssisələrində dərs jurnalları da artıq elektron formatda tətbiq olunacaq".
Daha sonra Ənvər Özərən əldə edilən nailiyyətlər barədə ətraflı məlumat verib. O bildirib ki, məktəblilərin beynəlxalq fənn olimpiada və yarışlarından 97-si qızıl olmaqla yarışlardan ölkəyə gətirilən medalların sayı 542-yə çatıb. Ə.Özərənin sözlərinə görə, əgər 20 il öncə şirkətin məktəblərində işləmək üçün 85% türk gətirilirdisə, bu gün müəllimlərin 83%-i Azərbaycanda yetişdirilən kadrlardır. Bu gün təhsil müəssisələrində 400-ə yaxın şagird və tələbə pulsuz təhsil alır ki, onların da bəziləri qəbul imtahanında 600-dən yuxarı bal toplayanlar, bəziləri isə beynəlxalq olimpiadalarda yüksək nəticə göstərənlərdir".
Tədbirin davamında qonaqlar sinif otaqlarına baxış keçirib, dərs prosesini izləyərək interaktiv lövhələrlə tanış olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB