Azərbaycanın təhsil sistemində ilk dəfə 3D formatından istifadə olunacaq. SİA-nın xəbərinə görə, Mikayıl Müşfiq adına 18 nömrəli məktəbdə tətbiq olunacaq formatdan bu il yalnız biologiya və zoologiya dərslərində istifadə olunacaq. Gələcəkdə isə bu sistemdən coğrafiya, fizika və insan anatomiyası fənlərinin tədrisi zamanı istifadə edilməsi nəzərdə tutulub.
Məktəbin direktoru Vaqif Hüseyinli cari ildə məktəbin əsaslı təmirindən sonra ilk dəfə olaraq məktəbdə yeni texnologiyanın, 3D-nin istifadəyə verildiyini bildirib: "Məktəbimizdə biologiya və zoologiya fənlərini tədris edən müəllim kollektivi yaxın 2 il ərzində treninqlərdə iştirak edərək 3D texnologiyasının təhsil sistemində tətbiqini öyrəniblər. Bu il isə şagirdlər texnologiya vasitəsilə dərsləri daha maraqla öyrənəcəklər".
Direktorun sözlərinə görə, 3D-nin proqram bazası yalnız 6-9-cu siniflər üçün nəzərdə tutulub. Yaxın gələcəkdə isə 10-cu və 11-ci siniflər də dərs zamanı bu texnologiyadan istifadə edə biləcəklər.
Qeyd edək ki, məktəb bu il əsaslı təmir olunub, yeni korpus tikilib. Məktəbdə idman zalı, kitabxana, yeməkxana və akt zalı inşa olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB