Şagirdlərin işi asanlaşacaq

"Çağ" Öyrətim Şirkəti Azərbaycanda fəaliyyət göstərən bir sıra təhsil müəssisələrində və liseylərdə yeni texnologiyaların tətbiqinə başlayıb. Belə ki, yeni tədris ilindən başlayaraq Bakı Özəl Türk Liseyində yeni informasiya texnologiyalarından istifadə edilir. SİA-nın verdiyi xəbərə görə, "Çağ" Öyrətim İşlətmələri Şirkətinin İdarə Heyətinin sədri Ənvər Özərən bu gün keçirdiyi tədbirdə qeyd edib ki, bu texnologiyalar yeni dərs ilindən başlayaraq şagirdlərin dərsi qavramaq fəallığını daha da artırmağa imkan verəcək.

O, həmçinin qeyd edib ki, interaktiv elektron lövhələrinin istifadə edilməsinə başlanılıb: "Cəmi 205 ədəd elektron lövhə alınaraq sinif otaqlarına quraşdırılıb. Müəllimlərlə birlikdə 6 ay müddətində Azərbaycan orta məktəb dərsliklərinə uyğun proqramlar hazırlanıb, dərsliklərin əsası elektron lövhələrin yaddaşına yazılıb.

Könül Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə