Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) rezidenturanın boş qalan plan yerlərinə əlavə qəbul aparır. SİA-nın xəbərinə görə, 2012/2013-cü tədris ili üçün rezidenturaya keçirilən müsabiqənin nəticələrinə əsasən I istiqamət (Müalicə işi, pediatriya) üzrə bəzi plan yerləri boş qalıb:
Azərbaycan Tibb Universiteti
11114 Anesteziologiya- reanimatologiya – 1 yer
11122 Ümumi cərrahiyyə – 1 yer
11333 Yoluxucu xəstəliklər – 1 yer
Milli Onkologiya Mərkəzi
14136 Şüa terapiyası – 1 yer
Respublika Psixiatriya xəstəxanası
39117 Psixiatriya – 1 yer
Naxçıvan Dövlət Universiteti
42113 Uşaq cərrahiyyəsi – 2 yer
42121 Pediatriya – 3 yer
42138* Sosial gigiyena və səhiyyənin təşkili – 1 yer
42146** Mikrobiologiya – 3 yer
* - işarəsi qoyulmuş ixtisasların müsabiqəsində I, II və IV istiqamətlər üzrə imtahan vermiş, 70 və daha yuxarı bal toplayan (baza fənləri üzrə 30 və ixtisas fənləri üzrə 40-dan az olmayan) namizədlər iştirak edə bilərlər. Bu müsabiqədə imtahanda topladığı ümumi balı 70-130 intervalında olan 341 namizəd iştirak edə bilər.
** - işarəsi qoyulmuş ixtisasların müsabiqəsində I, III və IV istiqamətlər üzrə imtahan vermiş, 70 və daha yuxarı bal toplayan (baza fənləri üzrə 30 və ixtisas fənləri üzrə 40-dan az olmayan) namizədlər iştirak edə bilərlər. Bu müsabiqədə imtahanda topladığı ümumi balı 70-130 intervalında olan 323 namizəd iştirak edə bilər.
Digər ixtisasların müsabiqəsində yalnız I istiqamət (Müalicə işi, pediatriya) üzrə imtahan vermiş 90 və daha yuxarı bal toplayan (baza fənləri üzrə 40 və ixtisas fənləri üzrə 50-dən az olmayan) namizədlər iştirak edə bilərlər. Bu müsabiqədə imtahanda topladığı ümumi balı 90-130 intervalında olan 70 namizəd iştirak edə bilər.
Müsabiqədə iştirak etmək istəyən namizədlər şəxsiyyət vəsiqəsini, şəxsiyyət vəsiqəsinin surətini və iş nömrələrini təqdim etməklə 25.09.2012-ci il saat 10:00-dan 26.09.2012-ci il saat 17:00-dək TQDK-ya müraciət edə bilərlər.
Naxçıvan Muxtar Respublikasında yaşayan namizədlər TQDK-nın Naxçıvan regional bölməsinə müraciət edə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB