Sentyabrın 26-27-də ali təhsil müəssisələrinin tələbələri arasında peyntbol yarışı təşkil olunacaq. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, saat 10.30-da başlanacaq yarış Biləcəri qəsəbəsində yerləşən Respublika Stend Atıcılığı İdman Kompleksində keçiriləcək. Yarışa 20-yə yaxın ali təhsil müəssisəsinin tələbəsinin qatılacağı gözlənilir.
Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə 2010-cu ildən keçirilən turnirin əsas məqsədi tələbələr arasında hərbi vətənpərvərlik hisslərini gücləndirmək, tələbələrin asudə vaxtını səmərəli təşkil etmək, tələbələr arasında sağlam həyat tərzini təbliğ etmək, respublikamızda gənclər arasında peyntbolu bir idman növü kimi inkişaf etdirməkdir.
Yarışın qalibləri Gənclər və İdman Nazirliyinin fəxri fərmanları və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB