Azərbaycan Dillər Universiteti (ADU) Azərbaycan Respublikasının Hesablama Palatasınının yaydığı məlumata münasibət bildirib. ADU-dan SİA-ya daxil olan xəbərdə bildirilir ki, 2012-ci ilin may ayında Azərbaycan Dillər Universitetinin (ADU) təşəbbüsü ilə Azərbaycan Respublikasının Hesablama Palatasına universitetdə müvafiq yoxlamaların aparılması məqsədi ilə müraciət olunub və müvafiq rəsmi məktub göndərilib. Məktub əsasında Azərbaycan Respublikasının Hesablama Palatası Azərbaycan Dillər Universitetinin müvafiq qurumlarında yoxlamalar aparıb və bu zaman öz işini işgüzarcasına həyata keçirib.
Hesablama Palatasının göndərdiyi təftiş qrupu ADU-ya ayrılmış büdcə vəsaitlərinin proqnozlaşdırılması və istifadə olunması üzrə mövcud vəziyyəti araşdırıb, universitetin maliyyə işlərində nöqsanlar, çatışmazlıqlar, mənimsəmə və pozuntu hallarının olduğunu müəyyən edib. Təftişin nəticələri haqqında hesabat ADU-nun rektoruna təqdim olunub.
Rektor hesabatla tanış olduqdan sonra öz izahatında göstərilən nöqsanların və pozuntuların üzə çıxarılmasını vacib hesab edərək daha ciddi araşdırmaların aparılmasını məqsədəuyğun hesab edib. Bu məqsədlə müvafiq materiallar Azərbaycan Respublikası Prokurorluğuna göndərilib. Biz inanırıq ki, yol verilmiş nöqsan və pozuntulara görə cavabdeh şəxslər aşkar olunacaq, bununla bağlı lazımi tədbirlər görüləcək və məsələlərə aydınlıq gətiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB