Azərbaycan Turizm İnstitunun (ATİ) tələbələri və inzibati heyət üzvləri beynəlxalq proqramlarda iştirak edirlər. ATİ-nin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Şəhla Əhmədova SİA-ya açıqlamasında deyib ki, institutda beynəlxalq səviyyəli peşəkar kadr hazırlığına 2007-ci ildən başlanılıb. Onun sözlərinə görə, Erasmus Mundus proqramına uyğun olaraq təhsil səviyyəsinin artırılması məqsədi ilə tələbə və inzibati heyət işçilərinin mübadiləsində maraqlıdır.
"2007-ci ildən bu günə kimi ATİ tələbələrindən və inzibati heyət üzvlərindən 32 nəfəri Yunanıstan, Portuqaliya, İtaliya, Böyük Britaniya, Bolqariya, Latviya və Fransada, 1 semestırlik tələbə mübadiləsi üzrə Almaniyanın Yade unversitetində 6 nəfər ,o cümlədən 3 nəfər yay dil kursunda, hazırda 2 nəfər isə Avstriyanın İMC KREMS Tətbiqi Elmlər Universitetində 1 semestr proqramı üzrə təhsillərini davam etdirirlər. ATİ-nin Menecment ixtisası üzrə təhsil alan tələbəsi Teymur Əsədov isə, Erasmus Mundus proqramı çərçivəsində Latviyanın Rezekne şəhərindəki (Rezeknes Augstskola) Ali Təhsil İnstitutunda bakalavr pilləsində 1il təhsil alıb və doğma instituta qayıdıb. T.Əsədov Latviyanın Ali Təhsil İnstitutunda çalışqan tələbə kimi tanınmaqla bərabər, Riqa şəhərində keçirilən "Milli mətbəx" festivalınında iştirakçısı olub. Azərbaycanın məşhur yeməklərini - yarpaq dolmasını, plovu, ləvəngini stend sərgidə nümayiş etdirib. Festival iştirakçıları Azərbaycana gələndə bu təamlardan dadmaq niyyətində olduqlarını bildiriblər. T.Əsədov idman yarışlarında da uğurlu çıxışlar edib. Ağır atletika üzrə keçirilən beynəlxalq yarışda bürünc medal qazanıb. Onu da qeyd edim ki, Latviyanın Ali Təhsil İnstitutunda mühazirə və seminarlar ingilis dilində keçirilir. Ölkədə ilk dəfə ikili diplom təcrübəsinə imza atan ATİ-nin tələbəsi üçün dərslərin məhz ingilis dilində keçirilməsi problem olmayıb.Sevindirici haldır ki, daha bir tələbəmiz məhz avropa təhsilli mütəxəssis kimi institutumuzun nüfuzunu qoruyanlar sırasında olacaq", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB