Təhsil naziri nədən danışdı?

Azərbaycanın təhsil müəssisələrində payız, qış mövsümü ilə bağlı yarana biləcək problemlərin sayı azalır. Təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında deyib ki, bununla bağlı müvafiq qurumlar tərəfindən də işlər aparılır.

Onun sözlərinə görə, Azərbaycanda rayonların, kəndlərin qazlaşdırılması işinin sürətlənməsi orta məktəblərin istiliklə təminatına da yaxşı təsir edir: "Son illərdə rayonların, kəndlərin qazlaşdırılmasına cox ciddi diqqət yetirilir. Bunun da nəticəsində təhsil müəssisələrinin istiliklə təminatı yaxşılaşır".

Bütün xəbərlər Facebook səhifəmizdə