Qafqazda 20 Prezident təqaüdçüsü

Prezident İlham Əliyevin sərəncamına əsasən, 2012-2013-cü tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərən və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olan 102 tələbəyə Prezident təqaüdü veriləcək. Həmin tələbələrin də 20 -i Qafqaz universitetini tələbələridir. Qafqaz Universitetinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, 2010-2011 tədris ilində 102 prezident təqaüdünə layiq görülən tələbələrin 25-i Qafqaz Universitetinin tələbəsidir. 2010-2011 ci tədris ilində 7 tələbə 700 bal toplamış onlarında 4-ü Qafqaz Universitetini seçib. 2011-2012 tədris ilində yenə 102 tələbə Prezident təqaüdünə layiq görülüb onlarında 25 –i Qafqaz Universitetinin tələbəsidirlər. 2011-2012 ci tədris ilində 700 bal toplayan 4 tələbənin 4-də Qafqaz Universitetinin tələbəsidir .

Bu il də 2012-2013-cü tədris ilində 5 abituriyent 700 bal toplayıb onların da 2-i Qafqaz Universitetini seçib. 2012-2013-ü tədris ilində Qafqaz Universitetinə 670 tələbə qəbul olub . Onların 52 nəfəri 650 baldan yuxarı, 152 nəfəri 600-dən yuxarı bal toplayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə