Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramına daxil olan regionlarda gənclərin intellektual klublarının yaradılması çərçivəsində Sumqayıt İntellekt Mərkəzi (SİM Klub) fəaliyyətini bərpa edir. SİA-nın xəbərinə görə, SİM Klubdan verilən məlumata görə, intellektual oyunlar üzrə ilk yarış sentyabrın 22-də baş tutacaq.
Sumqayıtda intellektual oyunlar hərəkatının bərpa olunması Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsi, Sağlam Düşüncə Gənclər Təşkilatı və Xəzər İntellektual Gənclər Klubunun iştirakı ilə baş tutacaq. SİM Klub-un sədri Ruslan Zeynalovun sözlərinə görə, bu əməkdaşlıq nəticəsində Sumqayıt gəncləri ölkə miqyaslı bir neçə layihədə iştirak imkanı qazanacaqlar. O, bu şənbə günü baş tutacaq oyunu maraqla gözlənildiyini vurğulayaraq tezliklə klubda yüksək, universitet və məktəb liqalarının yaradılacağını qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB