Təhsil Nazirliyi baş verənlərdən narahatdır

Təhsil Nazirliyi baş verənlərdən narahatdır

"Təhsil Nazirliyi nə Ukraynanın, nə Böyük Britaniyanın, nə ABŞ-ın, nə Gürcüstanın, nə də digər xarici ölkələrin ali məktəblərinə qəbul qaydalarınının dəyişməsini tələb edə bilməz. Çünki hər ölkənin öz daxili qaydaları var". SİA-nın xəbərinə görə, bunu təhsil nazirinin müavini Qulu Novruzov deyib. O bildirib ki, müxtəlif dünya ölkələrində xarici vətəndaşların təhsil müəssisələrində yerləşdirilməsi onların öz daxili qanunvericilikləri əsasında həyata keçirilir. Nazir müavinin sözlərinə görə, Azərbaycanda təhsil almağa gələn xarici ölkə vətəndaşları Nazirlər Kabinetinin təsdiqlədiyi "Xarici ölkə vətəndaşlarının Azərbaycanda təhsil alması haqqında əsasnamə" əsasında ali məktəblərə qəbul edilirlər.

"Təbii ki, bu gün bəzi xari ölkələrin ali məktəblərinə azərbaycanlı gənclərin imtahansız və yüngül şərtlərlə qəbulu ən çox Təhsil Nazirliyini narahat edir. Nazirlik də öz növbəsində xaricdə təhsil almaq istəyən Azərbaycan vətəndaşlarının daha nüfuzlu, təhsil səviyyəsi daha yüksək olan, qəbul üçün daha ağır şərtləri olan müəssisələrdə təhsil almasını istəyir. Azərbaycanlı gənclərin heç bir imtahan, xüsusi akademik baryerlər olmadan ali məktəbə qəbul olması hamıdan çox TN-i narahat edir. Biz maraqlıyıq ki, azərbaycanlı gəncləri qəbul edən təhsil müəssisələrində qəbul üçün güclü şərtlər, akademik tələbələr olsun", - deyə Q.Novruzov əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə