Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2012-2013-cü tədris ili üçün rezidenturanın boş qalan yerlərinə keçirilən müsabiqənin nəticələrini açıqlayıb. TQDK-nın mətbuat katibi Elnur Nağızadənin SİA-ya verdiyi xəbərə görə, rezidenturanın boş qalan yerlərinə seçim sentyabrın 17-18-də aparılıb. Müsabiqədə IV istiqamət (Tibbi-profilaktika) üzrə imtahan verib 70 və daha yuxarı bal toplayan namizədlər iştirak ediblər.
Müsabiqənin nəticələrinə əsasən, rezidenturanın boş qalan 22 yerinə 8 nəfər qəbul olunub. Qalan 14 yer isə boş qalıb və həmin yerlərə əlavə yerləşdirmə aparılmayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB