Bu gündən başlayaraq 2012 - 2013-cü tədris ili üçün rezidenturaya keçirilən müsabiqənin nəticələrinə əsasən boş qalan plan yerlərinə əlavə yerləşdirmə aparılır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından SİA-ya verilən xəbərə görə, müsabiqədə iştirak etmək istəyən namizədlər 17.09.2012-ci il saat 10:00-dan 18.09.2012-ci il saat 17:00-dək TQDK-ya müraciət edə bilərlər. Müsabiqədə yalnız IV istiqamət (Tibbi-profilaktika) üzrə imtahan verib 70 və daha yuxarı bal toplayan namizədlər iştirak edəcək.
Qeyd edək ki, IV istiqamət (Tibbi-profilaktika) üzrə aşağıdakı plan yerləri boş qalıb:
I. Azərbaycan Tibb Universiteti
11422 Gigiyena – 5 yer
11439 Epidemiologiya – 2 yer
II. Respublika Gigiyena-Epidemiologiya Mərkəzi
33114 Gigiyena – 8 yer
33122 Epidemiologiya – 7 yer
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB