Rezidenturaya qeydiyyat başlandı

Bu gündən etibarən 2012-2013-cü il üçün rezidenturaya daxil olanların qeydiyyatına başlayıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, rezidenturanın mülki ixtisaslarına qəbul olmuş şəxslər tələb olunan sənədləri sentyabrın 17-dən sentyabrın 21-dək Səhiyyə Nazirliyinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Hərbi tibb fakültəsinin rezidenturasına qəbul olanlar göstərilən müddətdə Müdafiə Nazirliyində, Naxçıvan Dövlət Universitetinin rezidenturasına qəbul olanlar isə göstərilən müddətdə həmin universitetin tibb fakültəsində qeydiyyatdan keçməlidirlər. Rezidenturaya qəbul olmuş şəxslərin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə