Bilik Günü Hacıqabulda qeyd edilib

Hacıqabulda Bilik Günü qeyd olunub. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, Hacıqabul rayonunda bu il Bilik Günü münasibəti ilə eyni zamanda yeni dərs ilinin başlanmasına görə 5 kənddə yeni təmir olunan və tikilən məktəb binalarının açılış mərasimi keçirilib.

Açılış mərasiminə daxili işlər naziri Ramil Usubov, Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov, Hacıqabuldan millət vəkili seçilmiş Rəfael Hüseynov iştirak edib. İlk öncə Rəncbər kənd orta məktəbinin açılşına gələn nazir Ramil Usubov müəllimləri və şagirdləri həmçinin kənd sakinlərini salamladıqdan sonra Prezident İlham Əliyevin tapşırığı əsasında Hacıqabula gəldiyini və ölkə rəhbərinin salamlarını zəhmətkeşlərə çatdırmasını bildirib.

Kənd sakinləri adında 85 yaşlı Əsgər Qurbanov, müəllimlər, valideyinlər çıxış edərək yeni, ən müasir səviyyədə və lazımı avadanlıqla təhciz olunmuş məktəb binasının əsaslı təmirinə görə Prezident İlham Əliyevə rəncbərlilər adında minnətdarlıqlarını çatdırmağı Ramil Usubovdan xahiş ediblər. Sonra məktəbin sinif otaqları ilə tanışlıq olub. Məktəb 1978-ci ildə tikilib və 624 şagird yerlikdir. Ötən ilin avqust ayından İcra Hakimiyyətinə dövlət büdcəsindən ayrılan vəsait hesabına "Saqibət-İnşaat" MMC şirkəti tərəfindən əsaslı təmir edilib. Bundan başqa Hacıqabul rayonun Meyniman kəndində 1990-cı ildə tikilmiş 620 şagird yerlik orta məktəb, Pirsaat kəndində 180 şagird yerlik, Qubalıbaloğlan kəndində 140 şagird yerlik yeni tədris korpusu, Tağılıda isə 80 şagird yerlik yeni məktəb binası tikilərək bu il yeni dərs ilində istifadəyə verilib.

Nazir Ramil Usubov qeyd etdiyimiz məktəblərin hər birində olaraq vəziyyətlə yerindəcə tanış olub.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə