Bu gün bütün orta ümumtəhsil məktəblərində 15 sentyabr "Bilik günü" kimi qeyd olunur. SİA-nın məlumatına görə, "Bilik Günü" ilə bağlı Suraxanı rayon Zığ qəsəbəsinin 317 saylı orta məktəbində də tədbir keçirilib.
Məktəbin direktoru Əliqismət Səfərov çıxışında bildirib ki, bugünkü tədbirdə ən çox sevincli və həyəcanlı görünən də məhz məktəbə ilk dəfə qədəm qoyan birincilərdir: "Hər bir insan həyatda, cəmiyyətdə zirvəyə biliyi və savadı ilə yüksəlir: "Bu yüksəlişə gedən yolun başlanğıcı isə məktəbdən başlayır. Cəmiyyətin, dövlətçiliyimizin tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaq. Bu işdə aparıcı rol oynayan müəllim vəzifəsi ona görə şərəflidir ki, o, cəmiyyət üçün ən dəyərli, zəkalı, tərbiyəli vətəndaşlar hazırlayır".
Məktəbin direktoru onu da qeyd edib ki, Ümummilli liderimiz hər zaman təhsilə, müəllim əməyinə yüksək qiymət verib və dövlətçiliyin əsasını bunda görərək deyib: "Təhsil millətin gələcəyidir".
Birinciləri təbrik edənlərin sırasında Zığ Bələdiyyəsinin sədr müavini Mütəllim Məmmədov, Suraxanı rayon İcra Hakimiyyətinin nümayəndəsi Fərid Hacıyev də oub.
Çıxışlardan sonra birincilər siniflərinə yollanıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB