Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib. SİA-nın xəbərinə görə, iclası açan komitə sədri Şəmsəddin Hacıyev gündəlikdəki məsələlərlə iştirakçıları tanış edib. 2012-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində görülən işlər barədə məlumat verən Şəmsəddin Hacıyev bu müddət ərzində komitənin 3 iclasının keçirildiyini və 4 məsələyə baxıldığını bildirib. Keçən dövr ərzində vətəndaşlardan daxil olan 116 şikayətə baxılıb, komitə sədri tərəfindən 19 vətəndaş qəbul edilib.
Sonra 2012-ci il payız sessiyası ərzində komitənin işlər planı haqqında danışılıb. Bildirilib ki, növbəti müddətdə komitədə "Elm siyasəti haqqında", "Ali təhsil haqqında" qanun layihələrinin müzakirəsi gözlənilir.
Daha sonra komitə sədri gündəlikdəki "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" qanuna dəyişiklik edilməsi barədə məlumat verib. Qeyd edilib ki, təqdim olunan dəyişiklikdə tarixi abidələrin təsdiqlənmiş siyahısından onların çıxarılması müvafiq icra hakimiyyəti orqanının təklifi əsasında, Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla həyata keçirilə bilər.
Çıxış edən millət vəkilləri komitənin ötən dövr ərzində gördüyü işləri yüksək qiymətləndiriblər, müzakirə olunan qanun layihəsi barədə fikirlərini açıqlayıblar.
Sonda sənəd Milli Məclisin plenar iclasına tövsiyyə olundu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB