Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu il xarici ölkə universitetlərinə qəbul olan tələbələr barədə ətraflı məlumat verib. SİA-nın xəbərinə görə, TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib ki, komissiyası tərəfindən Rusiya ali məktəblərinin bakalavriat səviyyəsi üzrə 20 azərbaycanlı gənc qəbul olunsa da onların 10-u ölkəyə geri qaytarılıb. Onun sözlərinə görə, bundan əlavə, Rusiya ali məktəblərinin magistraturalarına qəbul olunan 2 nəfər də ölkəyə geri göndərilib.
"Bununla da ümumilikdə Rusiyada təhsil almaq üçün göndərilən 12 azərbaycanlı gənc ölkəyə geri qaytarılıb. Rusiya həmin tələbələri maddi imkansızlıq üzündən qəbul etməyib. Rusiya bakalavriat səviyyəsi üzrə yalnız 10 nəfəri qəbul etməyə imkan verib. Geri qaytarılan tələbələr isə topladıqları ballara uyğun olaraq, Azərbaycanın ali məktəblərinə yerləşdirilib", - deyə o əlavə edib.
M.Abbaszadə qeyd edib ki, Heydər Əliyev Fondu ilə birlikdə TQDK Litva ali məktəblərinə azərbaycanlı tələbələrin qəbulunu aparıb: "Həmin ölkənin ali məktəblərinə 15-dək azərbaycanlı qəbul olunub. Amma həmin şəxslər dövlət hesabına deyil, öz hesablarına təhsil alacaqlar. Heydər Əliyev Fondu həmin tələbələrə maddi dəstək göstərir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB