Azərbaycan Prezidenti yanında Təhsil Komissiyasında payız imtahanında iştirak etməyən şagirdlərlə bağlı müzakirə aparılacaq. TQDK sədri Məleykə Abbaszadə deyib ki, həmin şagirdlərin taleyi ilə təhsil ocaqları və şöbələri məşğul olmalıdırlar: "Azərbaycanda ümumi orta təhsil icbaridir. Nə üçün həmin şagirdlər buraxılış imtahanında olmayıblar? Onlar niyə təhsildən yayınıblar? Bunun səbəbləri nədir?".
TQDK sədri əlavə edib ki, gələn ildən bakalavriat pilləsinə imtahanda texnoloji yeniliklər tətbiq olunacaq. Onun sözlərinə görə, gələn ildən etibarən imtahan verən abituriyentlər imtahandan dərhal sonra öz cavab kartlarının elektron təsviri ilə tanış ola biləcəklər. M.Abbaszadə qeyd edib ki, bu yenilik artıq magistratura səviyyəsində tətbiq edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB