"Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) dərsliklərlə bağlı şöbəsi formalaşıb. Artıq ötən gün şöbəyə yeni müdir təyin olunub". SİA-nın xəbərinə görə, bu sözləri keçirdiyi mətbuat konfransında TQDK sədri Məleykə Abbaszadə məlumat verib. O bildirib ki, şöbəyə müdir komissiyanın əməkdaşı Afiqə Batıyeva seçilib. M.Abbaszadənin sözlərinə görə, hazırda şöbənin əməkdaşları Qazaxıstanda keçirilən konfransda iştirak etmək üçün gediblər: "Onlar konfransdan geri qayıtdıqdan sonra həmin şöbənin təqdimatı keçiriləcək. Hələlik isə Təhsil Nazirliyi tərəfindən monitorinq aparılacaq dərsliklər onlara təqdim edilməyib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB