Bu gün rezidenturaya qəbul olan namizədlərin ixtisas seçimi başa çatıb. Tələbə Qəbulu üzrə Dövlət Komisisyasından SİA-ya verilən xəbərə görə, sentyabrın 11-dən başlayan ixtisas seçimi bu gün saat 09:00-da yekunlaşıb.
Həmin vaxta qədər ixtisas seçiminə buraxılmış bütün namizədlər ixtisas seçimi etməli və "Namizədin elektron ərizəsi"ni təsdiqləməli idilər. Müəyyən olunan vaxtda ərizələrini təsdiqləməyən namizədlər müsabiqədə iştirak etmək hüququnu itiriblər.
Qeyd edək ki, rezidenturaya sentyabrın 8-9-da keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən, namizədlərdən ümumilikdə 835 nəfəri ixtisas seçimində iştirak etmək hüququ qazanıb. Rezidenturaya qəbulun nəticələri elə bu gün-sentyabrın 14-də elan olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB